Məşhur aktrisa Sinem Ünsal "Cənazəmizə Xoş Gəldiniz" filminin qiraət məşqləri zamanı səmimi açıqlamalar verib.
Türkiyə mediası xəbər verir ki, Sinem Ünsal "Gizli Saklı" serialındakı partnyoru Halit Özgür Sarı ilə sevgili olduğunu etiraf edib. Ünsal Halit Özgür Sarı haqqında: "Biz xoşbəxtik. Belqrada birlikdə getdik. Hər şey çox yaxşı gedir". dedi.
Son olaraq,"Gizli Saklı" serialında rol alan gözəl aktrisa Sinem Ünsalın baş rolu paylaşan Halit Özgür Sarı ilə eşq yaşadığı iddia edilib.
"Gizli Saklı" finalından sonra Belqrada yollanan Sinem Ünsal və Halit Özgür Sarının yeni sevgiyə yola düşdüyü fanatlarının paylaşımı ilə məlum olub.