Ermənistanın sabiq Baş prokuroru Aqvan Ovsepyan zaminə buraxılacaq.

"Sputnik Armenia” xəbər verir ki, hakim Mnatsakan Martirosyan onun vəkilinin vəsadətini qismən təmin edərək Aqvan Ovsepyanın 200 min dollar müqabilində və ölkəni tərk etməyəcəyi ilə bağlı iltizam aldıqdan sonra azadlılğa buraxılması barədə qərar verib.
2021-ci ilin sentyabrında saxlnaılan Ovsepyan qanunsuz sahibkarlıqda, rüşvət almaqda, fırıldaqçılıqda və çirkli pulların yuyulmasında ittiham olunur.