London polisi "Beatles" kimi tanınan İŞİD qruplaşmasının üzvü Ayn Leslie Davies terrorizmdə ittiham olunaraq saxlanılıb.
"Ayn Leslie Davis... 2000-ci il Terrorizm Aktının 15, 17 və 57-ci maddələrini pozmaqda ittiham edilib", - agentliyin saytında yerləşdirilən bəyanatda deyilir.
O, bir neçə il əvvəl də terror ittihamı ilə məhkum edilib.