Somalidə quraqlıq nəticəsində köçkünlərin sayı rekord həddə artaraq 1 milyon nəfəri ötüb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Qurum bildirir ki, Afrika burnunda höm sürən quraqlığa görə təkcə bu il 750 min nəfər Somalinin başqa ərazilərinə köçməyə məcbur olub.

Statistikaya görə Somali son 50 ilin ən ciddi quraqlığı ilə üz-üzədir. Ölkədə aclıq riski ilə üzləşənlərin sayı ilin sonunadən 5 milyon nəfərdən 7 milyona yüksələ bilər.