Türkiyənin "Baykar Machine" şirkəti Ukraynadaa tikiləcək zavodunda yeni reaktiv səsdən sürətli pilotsuz uçuş aparatı "Bayraktar Kizilelma" yaratmağı planlaşdırır.
Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar deyib. 
Onun sözlərinə görə, artıq zavodun tikintisinə başlanılıb: "Ukrayna ilə layihələr üçün uzunmüddətli planlarımız var. Baykar orada fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzi tikməyə başlayıb, biz burada bütün sistemləri istehsal etmək istəyirik. Təkcə gövdə deyil, həm də elektronika, proqram təminatı - hər şeyimiz var. İnvestisiya planlarımız indi irəliləyir". 
O qeyd edib ki, Ukraynadakı zavodda "Bayraktar TB2" və "Bayraktar Akıncı" da istehsal olunacaq.