Ukrayna Prezident Ofisi Rusiyaya qalib gəlmək üçün atılması vacib olan 5 addımı açıqlayıb.

Bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində yazıb.

"Bunun üçün Rusiya terrorun himayədarı kimi tanınmalı, Rusiya vətəndaşları üçün viza qadağası tətbiq olunmalı, neftin qiyməti tənzimlənməli, qaz sanksiyası tətbiq edilməli və Ukraynaya silah verilməlidir”, - o vurğulayıb.

Xatırladaq ki, ABŞ Senatı dövlət katibi Entoni Blinkenin Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada törətdiyi cinayətlərə görə terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə dəstəkləyib.

Avqustun 11-də isə Latviya Seymi Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyıb.