Kosovonun Priştina Bələdiyyəsi maraqlı qərar qəbul edib. Belə ki, şəhərin əsas meydanlarında elektrik skuter və velosipeddən istifadə qadağan edilib.
Bələdiyyə sədri Perparim Rama mövzu ilə bağlı açıqlama verib.
O, paytaxt meydanlarında və piyadaların sıxlığının çox olduğu ictimai yerlərdə elektrikli skuter və velosipedlərin dövriyyəsini qadağan etdiklərini bildirib. Rama vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə qərar qəbul etdiklərini bildirib.
Bildirək ki, benzinin bahalaşmasından sonra  Kosovoda elektrikli skuter və velosipedlərə maraq artıb.