Hindistanın Baş naziri Narendra Modi yaxın 25 ildə ölkəni inkişaf etmiş dövlətə çevirəcəyinə söz verib.

"İnterfaks” xəbər verir ki, o, bu barədə Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə çıxışında bildirib.

"Mən gəncləri növbəti 25 ildə həyatlarını ölkənin inkişafına həsr etməyə çağırıram. Biz bütün bəşəriyyətin inkişafı üçün birlikdə çalışmalıyıq və bu, Hindistanın gücüdür”, - o vurğulayıb.