Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransının iştirakçılarına videomüraciətində Ukraynada xüsusi əməliyyat keçirmək qərarının BMT Nizamnaməsinə uyğun olaraq verildiyini bildirib. 
Müraciətin mətni Kremlin rəsmi saytında yerləşdirilib.
"Bu əməliyyatın məqsədləri aydın və dəqiq müəyyən edilib - bu, Rusiyanın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, Donbass sakinlərini soyqırımdan qorumaqdır", - Federasiya lideri qeyd edib.