Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Viktor Zozulin vəfat edib.
 Rusiya mətbuatı xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib.
Zozulin daha çox "Şahzadə Turandot", "Antoni və Kleopatra", "III Riçard", "Süvarilər", "Brest sülhü", "Kiçik faciələr", "Maçalar kraliçası", "Cinlər" tamaşalarındakı rolları ilə məşhur idi.