Türkiyənin Birecik mahalında Çiçəkalan Sərhəd məntəqəsinə terror hücumu həyata keçirilib.
Bu barədə Şanlıurfa valisi Salih Ayhan məlumat verib. 
Qeyd edilib ki, hücum zamanı 1 türkiyəli əsgər şəhid olub, daha 4 əsgər yaralanıb. 
Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb. 
Hücumdan sonra Türkiyə Silahlı Qüvvələri Ayn-El Arapdakı terror məntəqələrini atəşə tutub.