Stansiyanın istehsal etdiyi enerji Ukraynaya məxsus olduğu üçün Rusiyanın Zaporijjya AES-ni Ukraynanın enerji sistemindən ayırmağa haqqı yoxdur.
Bunu BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında jurnalistlərə  açıqlamasında deyib. 
"Aydındır ki, Zaporojjya AES-dən alınan elektrik enerjisi Ukraynaya məxsusdur. Bu prinsipə tam riayət edilməlidir", - Quterreş bildirib.