Yaponiya hökuməti öldürülən keçmiş lider Şinzo Abenin dövlət dəfn mərasiminə 1,83 milyon dollar xərcləyəcəyini söyləyib.
"Gundelik-baku.com" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın ən uzunömürlü Baş naziri olan Abe iyulun 8-də seçki mitinqində güllələnərək öldürülsə də dəfn mərasimi bu yaxınlarda keçirilib.
Yaponiya hökuməti sentyabrın 27-də Tokionun Nippon Budokan arenasında dövlət dəfn mərasimini keçirməyə qərar verib.
Hökumət Abenin dövlət dəfn mərasiminə 1,83 milyon dollar xərcləyəcəyini söyləyib.
Qeyd edək ki, dəfndə dünyanın bir çox tanınmış liderləri və keçmiş prezidentləri iştirak edəcək. Lakin Yaponiya hökuməti bu dəfnə Putinin gəlməsini qəti şəkildə qadağan edib.