Navalnı xəstəxanadan evə buraxıldı
23-09-2020, 13:40
175

Navalnı xəstəxanadan evə buraxıldı

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Almaniyanın paytaxtı Berlində müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə onun müalicə aldığı “Charite” xəstəxanasının rəsmi saytı məlumat yayıb.

Xəstəxananın yaydığı məlumatda qeyd olunur ki, Aleksey Navalnı “Charite” klinikasında 32 gün müalicə alıb, bunun 24 gününü o, reanimasiyada keçirib.

A.Navalnının müalicəsini aparan mütəxəssislər hesab edir ki, xəstənin mövcud vəziyyəti onun tam sağalacağını deməyə əsas verir.

Qeyd edək ki, rusiyalı müxalifətçi, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib.

O, Omsk xəstəxanasında qaldıqdan bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.

Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib.

Oxşar xəbərlər

Klinika: Navalnının vəziyyəti stabildir
Navalnı danışdı - Klinikada mühafizə gücləndirildi
Aleksey Navalnı komadan ayılıb
Navalnı təyyarə ilə Omskdan Almaniyaya aparılıb
Navalnının xəstəxanadan fotosu yayıldı
Navalnı Rusiyadan zəhərləndiyi gün geyindiyi paltarları istədi
Rusiya müxalifətinin lideri Navalnı zəhərlənib - Vəziyyəti ağırdır
Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir
Navalnı komaya girdi
Navalnının Almaniyaya aparılması üçün təyyarə yola düşüb
Kremldən Navalnı açıqlaması
“Navalnı zəhərlənməyib” - Rəsmi
Peskov: “Navalnının tezliklə sağalmasını arzulayırıq”
Almaniya Navalnının analizlərinin nəticələrini Rusiyaya vermir
Del Pyero xəstəxanadan evə buraxıldı
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Tramp Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti şərh edib
Sərdar Cəlaloğlunu həbsdə olarkən kim zəhərləyib?
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”
Navalnının orqanizmində ölümcül təhlükəli maddə tapılıb
Putinin zəhər kimi siyasəti: Berezovski, Litvinenko, Navalnı... - analitikdən şok detallar
Əli Həsənov "Klivlend"də müalicə olunur
Rusiya da Azərbaycanın tətbiq etdiyi bu qaydaya keçdi
Rusiya da Azərbaycanın tətbiq etdiyi bu qaydaya keçdi
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Tofiq Yaqublu müalicə aldığı klinikadan evə buraxıldı: "City Hospital"dan canlı yayım
Xəstəxanadan qaçan koronavirus xəstəsi öldü
Oqtay Gülalıyevdən xəbər var: “Sərbəst nəfəs alır...”
Əli Həsənov tapıldı
Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi