Koreya Xalq Demokratik Respublikasının (KXDR) Ali Xalq Məclisi (birpalatalı parlament) nüvə silahı haqqında qanun qəbul edib.
Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In ölkəsinin nüvə statusunun "dönməz” olduğunu bildirib.
Qanun nüvə silahının xarici hücumlardan müdafiə məqsədilə profilaktik istifadəsinə icazə verib.
"Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq nüvə zərbəsi endirilsin”, - qanunda vurğulanıb.
Qərb mediası yazıb ki, bu yolla Şimali Koreya özünü rəsmən nüvə dövləti elan edib. Şimali Koreya lideri Kim Çen In ölkə parlamentinin iclasında çıxışı zamanı söyləyib ki, ölkənin nüvə statusu indi "dönməzdir” və ölkənin nüvəsizləşdirilməsi ilə bağlı müzakirələr artıq mənasızdır. Onun sözlərinə görə, Şimali Koreya heç vaxt nüvə silahından imtina etməyəcək, çünki rəsmi Pxenyan ölkənin müdafiəsini sarsıtmaq və nəticədə hökumətini devirmək üçün "təzyiq” edən ABŞ-a qarşı çıxmaq üçün həmin silahlara ehtiyac duyur.
Kim Çen In Cənubi Koreyanı hərbi imkanlarını genişləndirmək və şimaldan artan təhlükəyə qarşı çıxmaq üçün ABŞ ilə birlikdə genişmiqyaslı hərbi təlimləri bərpa etmək planlarına görə də tənqid edib. KXDR rəhbəri bu cür planları "təhlükəli” və "gərginlik yaradan” adlandırıb.
Eyni zamanda dövlət başçısı vəd verib ki, nüvə dövləti olaraq Şimali Koreya başqa ölkələrə nüvə silahını verməyəcək, habelə nüvə texnologiyası, avadanlığı və onun istehsalı üçün materialları bölüşməyəcək.
Qeyd edək ki, Şimali Koreya nüvə silahını sınaqdan keçirməyə hazırlaşır. BMT və AEBA Şimali Koreyanın 2017-ci ildən bəri ilk nüvə sınağını keçirməyə hazırlaşmasından ehtiyat edir. Ölkənin şimalındakı "Pungeri” yeraltı sınaq poliqonunda son aylarda qeydə alınan aktivlik bunu göstərir. Peyk görüntüləri 2018-ci ildə ABŞ ilə nüvəsizləşdirmə danışıqları zamanı tunellərin təmir edildiyini və sökülən strukturların yenidən qurulduğunu göstərir. 2006-2017-ci illərdə KXDR "Pungeri” poliqonunda altı nüvə sınağı keçirib.
Şimali Koreya özünü rəsmi olaraq nüvə dövləti elan edib
09
sentyabr
11:22

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şimali Koreya bu ölkələri hədələdi
Bu ölkə nüvə sınaqlarına hazırlaşır - ABŞ Dövlət katibi
Zaxarova: "Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib"
Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA
BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır
"Nüvə beşliyi" birgə bəyanat imzalayıb
"Bəşəriyyəti nüvə silahları məhv edə bilər" - BMT Baş katibi
"İran atom bombası hazırlayır" - ETİRAF
Lukaşenko Rusiyanı nüvə silahından istifadə etməyə çağırdı
İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək - Netanyahu
İran nüvə silahını əldə edəcək - "1 aya ehtiyac var"
NATO-nun Baş katibi: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"
Rusiya Belarusa nüvə raket dəstəyi verəcək
Türkiyə nüvə silahına sahib olacaqmı? - Ekspert şərhi
Yaponiyada enerji böhranı: Nüvə enerjisindən istifadə ARTIRILACAQ
"Bu zaman nüvə silahından istifadə edəcəyik" - Peskov
"Ukrayna NATO-ya üzv olarsa..."
Cənubi Koreya və ABŞ birgə hava təlimləri keçirir
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Kim Çen In Azərbaycan Prezidentini təbrik etdi
Cənubi Koreya ilə KXDR-nın sərhədində atışma olub
Rus ordusu nüvə tədqiqat obyektini bombaladı
Şimali Koreya Donetsk və Luqanskın müstəqilliyinin tanıması barədə qərar verib Ətraflı
Rusiya Ukraynada nüvə silahından istifadə edəcəkmi? - Lavrov cavab verdi
Rusiya Baydendən gözləntilərini AÇIQLADI
Rusiyada səfərbərlik elan olunacaq? - Açıqlama
Şimali Koreya çökür: İt əti yeyirlər
Şimali Koreya liderinin 101 yaşlı babası vəfat etdi
Belçikada dəhşət: Nüvə silahı olan hərbi bazada narkotik laboratoriyası TAPILDI
Ərdoğanın nüvə açıqlamasına Rusiyadan baxış
- "Qalatasaray"ın futbolçusu millidən kənarlaşdırıldı
- Zelenski G7 sammitində iştirak edəcək
- Ramazan üçün düzgün qidalanma qaydaları
- Avstraliya şirkəti ABŞ üçün hipersəs PUA yaradacaq
- Bakıda yaşayış binası yanır
- Qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb
- Panama millisinin üzvü Azərbaycan klubunda - RƏSMİ
- Ramazanda milyonlar qazanacaqlar
- Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq
- “Instagram” tarixinə düşdü
- Putin və Si Cinpin Ukrayna ilə sülh planını müzakirə etməyib - Kreml
- Son dəqiqə: Ruslar Ukraynanın 11 şəhərini atəşə tutdu
- Moskvada kimya zavodu YANDI
- İsraildə hava hücumu sirenləri səsləndi
- NATO Rusiya ilə sərhədlərə 300 minlik ordu yerləşdirə bilər
- Məşhur aktyor evində ölü tapıldı
- “Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu
- Gimnastlarımız beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar
- Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
- Yayım günü dəyişdirildi
- Azərbaycanda geniş pul kütləsi ARTIB
- Ukrayna səfirindən Novruz TƏBRİKİ
- Haluk Elizabet Mossla eyni serialda
- Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq