Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Nyu-Yorkda görüşəcək.
Bu barədə Ermənistan XİN-in sözçüsü "Twitter"də yazıb.
O qeyd edib ki, görüş bu gün ABŞ tərəfinin təşəbbüsü ilə  baş tutacaq.
Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.