İranda ölkənin 1-ci Ali Rəhbəri və qurucusu Ayətullah Xomeyni və ikinci - hazırkı Ali Rəhbəri Əli Xameneinin inzibati binadan asılmış fotoları etirazçılar tərəfindən götürülüb.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda etirazçıların hər iki liderin fotolarını alətlərlə parçalayaraq dağıtdığı görünür.
Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbs olunmasından sonra ölümü ilə başlayan etirazlar artıq əksər əyalətlərə yayılıb və hər gün böyüyür.
Etirazların Kürdüstan, Qərbi Azərbaycan, Kirmanşah, Elburz, Tehran, Gilan, Rəzəvi Xorasan, Yəzd, Xürrəmabad, Sənəndəc, Urmiya, Məşhəd, Kirman, Mahabad, Divandərə və Bükan vilayətlərində davam etdiyi bildirilir. Paytaxt Tehranda isə Vəliəsr küçəsi, Vəliəsr meydanı, Danışcu parkı, Lalə parkı, Keşavərz bulvarı, Hicab küçəsi, Fatimi küçəsi və İnqilab küçəsi kimi insanların sıx olduğu yerlərdə keçirilən etirazlara xeyli sayda iranlı qatılıb. Yüzlərlə insanın iştirak etdiyi nümayişlərə polis gözyaşardıcı qazla müdaxilə edib, nümayişçilər zibil qablarını yandıraraq yollara barrikadalar qurmağa çalışıblar. Rəsmi mənbələrə görə 3, müxalif medianın iddiasına görə