Sentyabrın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz və hava paradı Fars körfəzində keçiriləcək. 
Bunu SEPAH-ın rəsmi nümayəndəsi, general Ramazan Şərif deyib.
Onun sözlərinə görə, eyni zamanda Tehranda da İran ordusunun paradı keçiriləcək.
Şərif qeyd edib ki, qarşıdan gələn parad seriyasına 1400-dən çox gəmi və freqat, o cümlədən bu yaxınlarda nümayiş etdirilən "Şahid-e Soleimani" sualtı gizli gəmisi də cəlb olunacaq.
Qeyd edək ki, İranda əxlaq polisinin qadını döyərək öldürməsi fonunda etiraz aksiyaları başlayıb.