Ötən gün Rusiyanın bir neçə şəhərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib.
Aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb.
Yerli KİV-in məlumatına  görə, Moskva və Voronej şəhərlərində aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib. 
Bildirilir ki, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə onu cinayət işi ilə hədələyiblər.