Ötən gün Rusiyada elan edilən qismən səfərbərlikdən sonra ölkə daxilində başlayan etiraz aksiyalarında 1200-dən çox adam saxlanılıb. Aksiya zamanı "müharibəyə yox” şüarları səsləndirilib.

Rusiya prezidenti Vladimir Putin dünən qismən səfərbərlik elan etdikdən sonra ölkə boyu etirazlar başlayıb. Etirazlar zamanı 1200-dən çox adam saxlanılıb. İkinci Dünya Müharibəsindən sonra ölkədə ilk dəfə elan edilən səfərbərlik, ölkədə gərginliyin artması ilə bir çox insan ölkədən qaçmaq üçün təyyarə bileti almağa başlayıb.