Türkiyənin Antalya şəhərinin hava limanında rusiyalı turistlər arasında dava düşüb.
 
Hadisə sentyabrın 22-si axşam saatlarında baş verib. 
 
Məlumata görə, 20 rusiyalı turist Antalyadan Moskvaya uçuş həyata keçirən reysə buraxılmayıb və təyyarə onları hava limanında qoyaraq uçub. Sözügedən şəxslərə isə reysə hansı səbəbdən buraxılmadıqları bildirilməyib.
 
Bir müddət sonra isə rusiyalı turistlər arasında əlbəyaxa dava düşüb. Turistləri hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları ayırmağa çalışıb. 
 
Turistlərin hansı səbəbdən reysə buraxılmadığı və davanın səbəbi hələ ki açıqlanmayıb.
 

Qafqazinfo