İranda azərbaycanlı vəkil həbs edilib. 
Bakupost.az xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, güney Azərbaycandan olan hüquqşünas və vəkil Məhəmmədrza Fəqihi oktyabrın 12-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
O, Tehranda “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirilən aksiyada saxlanılıb.
Onun taleyi haqqında hələlik bir məlumat yoxdur.