Madrid Kiyevə hərbi yardım paketi verəcək. 
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov öz "Twitter" hesabında məlumat verib.
"Mən ispaniyalı həmkarım Marqarita Roblesə Ukraynaya dörd Hawk hava hücumundan müdafiə sistemi göndərmək qərarına görə minnətdaram. Bu, Ukraynanın Ramşteyn formatında sorğusuna sürətli cavabdır", - nazir yazıb.