Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukrayna yaxınlığında yerləşən səkkiz regionunda xüsusi rejim tətbiq edib. 
Bu barədə Kremlin rəsmi portalında dərc edilmiş prezidentin fərmanında deyilir. 
Sənəddə deyilir: "Krım Respublikası, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri və Sevastopol şəhəri ərazilərində xüsusi rejim tətbiq edilsin".