Meksikada yarmarka üçün qurulan əyləncə parkında dəhşətli hadisə baş verib.
 
Xarici medianın məlumatına görə, “uçan kreslo” adlanan əyləncə vasitəsi mexaniki olaraq nasazlanıb və yerə çırpılıb. Qəza zamanı 25 nəfər yaralanıb.
Yaralıların əksəriyyətinin vəiyyətinin ağır olduğu bildirilib.
Mülki Müdafiə Naziri bildirib ki, nasazlığın səbəblərinin müəyyən edilməsi və məsuliyyət daşıyanların müəyyən edilməsi üçün araşdırma başlanılıb.