Avropa mətbuatı erməni təcavüzündən yazdı
1-10-2020, 09:16
103

Avropa mətbuatı erməni təcavüzündən yazdı

Avropanın “EU Today” media platforması “Dağlıq Qarabağ: Azərbaycanın işğal olunmuş ərazilərində erməni təcavüzü” sərlövhəli məqalə yayıb.
Gündəlik Bakı xəbər verir ki, məqalədə sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca vəziyyəti gərginləşdirməsindən, hərbi və mülki hədəfləri artilleriya hücumuna məruz qoymasından bəhs edilir. Yazıda, həmçinin Ermənistan silahlı birləşmələrinin hərbi təcavüzünə qarşı Azərbaycanın layiqli cavab verdiyi və hətta işğal altındakı bəzi ərazilərə nəzarəti də bərpa etdiyi qeyd olunur.
Məqalədə, həmçinin sentyabrın 27-də Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması ilə bağlı Azərbaycan xalqına müraciətinə istinadən bildirilir: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb”.
Bundan başqa, məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq səviyyədə pisləndiyi ilə bağlı fikirlər də yer alıb. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın özünün “Twitter” hesabında Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozmasını pislədiyini bildirib.

Oxşar xəbərlər

Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Azərbaycanda hərbi vəziyyət qüvvəyə mindi
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
Prezident hərbi vəziyyət elan edilməsi haqqında Fərman İMZALADI
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Ermənistan ordusunun əsgəri fərarilik edib
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat
Cəbhə xəttində erməni təxribatı davam edir
Düşmənin hərbi nəqliyyat vasitəsi sərrast atışla məhv edilib - Naxçıvan istiqamətində +Video
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
XİN: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb
Ermənilər mövqelərimizi atəşə tutub
Cəbhə xəttində erməni təxribatı davam edir
Səfərbərlik Xidməti məlumat YAYDI
Cəbhə xəttində erməni təxribatı davam edir
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
Azərbaycanlı xanımlardan Akopyanın silahlı fotosessiyasına ETİRAZ
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
“Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır” - Ceyhun Bayramov
Daha bir erməni generalı məhv edildi - FOTO