“ABŞ bu prosesin irəliləməsində və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında çox maraqlıdır”.
Bunu ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov report-a açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Vaşinqton şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşdə rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin baza prinsipləri ilə bağlı təklifinə cavabını təqdim edib.
“Bildiyiniz kimi, Azərbaycan və Ermənistan liderləri xarici işlər nazirlərinə iki ölkə arasında imzalanacaq sülh müqaviləsi üzrə danışıqlara başlamaq barədə tapşırıq veriblər. Həmin tapşırığa uyğun olaraq, Azərbaycan tərəfi öncədən də təqdim edilmiş baza prinsiplərinə əsaslanan, onun daha geniş işlənmiş versiyasını oktyabrın 2-də Cenevrə şəhərində Ermənistan tərəfinə təqdim edib. Azərbaycanın versiyası əsasında ilkin danışıqlar aparılıb və Ermənistan həmin versiyaya baxmaq üçün əlavə vaxt istəyib və müvafiq zaman ərzində cavabın hazırlanmasına dair fikirini bildirib. Təxminən bir həftə bundan öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenim təşəbbüsi ilə həmin sülh müqaviləsi əsasında Azərbaycan və Ermənistan arasında olan növbəti danışıqların Vaşinqtonda keçirilməsinə dair təklif təqdim edildi və həmin razılaşmaya əsasən Ermənistanın xarici işlər naziri ilə görüşümüz oldu”, - C.Bayramov vurğulayıb.
XİN başçısının sözlərinə görə, görüşdə Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə təqdim etdiyi ilkin baza prinsipləri ilə bağlı öz cavabını və təkliflərini təqdim edib:
“Eyni zamanda Ermənistan tərəfinin verdiyi təkliflər əsasında bu gün müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparıldı. Təbii ki, hər bir tərəf təkliflərini verir və onu əsaslandırır. Tərəflər arasında fikir müxtəlifliyi, yanaşmalarda fərqliliklər var. Ancaq, bu əngəl deyil, proses və bu danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövrdən sonra Azərbaycan tərəfi növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək. Növbəti görüş barədə hələki konkret bir fikir yoxdur. Düşünürük ki, bu proses davam etməlidir”.
C.Bayramov, ABŞ-ın iki dövlət arasında davam edən diplomatik danışıqlarda iştirakını yüksək qiymətləndirib: “ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş oldu və bir sıra məsələlər və istiqamətlərə dair fikir mübadiləsi aparıldı. ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh müqaviləsinin imzalanması istiqamətində irəliləməsi və buradan yaxşı nəticələr əldə olunması ətrafında fikirlərini bölüşdü. Bildirdi ki, ABŞ bu prosesin irəliləməsində və Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında çox maraqlıdır. Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, görüşlərin keçirilməsi və yaradılan şərait çox yüksək səviyyədə idi. Görüş zamanı da ABŞ-ın dövlət katibi və onun komandasına öz təşəkkürümü bildirdim”.
Vaşinqton görüşündə bu məsələlər müzakirə olunub - Ceyhun Bayramov AÇIQLADI
08
noyabr
14:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN Vaşinqtonda üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyib - YENİLƏNİB
"Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar” - ABŞ Dövlət katibi
Ceyhun Bayramov Mirzoyanla GÖRÜŞDÜ
Azərbaycan və Ermənistanın XİN rəhbərləri ABŞ-da görüşəcək
Bayramov, Mirzoyan və Blinken arasında görüş olacaq
Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ
"Bu, sülh sazişinin əsasını təşkil edəcək" - Ceyhun Bayramov
Azərbaycan XİN üçtərəfli görüşlə bağlı məlumat yaydı
Ceyhun Bayramov Blinken və Mirzoyanla görüşəcək
Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşü olub - FOTO (YENİLƏNİB-1)
Ceyhun Bayramovun Mirzoyanla görüşü başladı - YENİLƏNİB
Ceyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Blinken Azərbaycan və Ermənistan XİN rəhbərlərini yenidən görüşə çağırdı
Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə edib
Ceyhun Bayramov rus xüsusu elçini qəbul etdi
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
Ceyhun Bayramov Şimali Makedoniyanın XİN başçısı ilə görüşüb
Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI
XİN Ermənistana təqdim edilən təklifləri açıqladı
Ceyhun Bayramov və Lavrov Ermənistanla sərhədin delimitasiyasını müzakirə edib
"Ermənistan sülh prosesini pozur" - Ceyhun Bayramov
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı
"Münaqişə artıq həll olunub" - Ceyhun Bayramov
Ceyhun Bayramov və Lavrov telefonla danışdı
Ceyhun Bayramov Gürcüstana getdi
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşəcək
Ceyhun Bayramov Bolqarıstana getdi
Ceyhun Bayramov və Çavuşoğlu arasında görüş başa çatdı - YENİLƏNİB
Ceyhun Bayramov Mirzoyanla telefonla danışdı
“Böyük dövlətlər arasında toqquşma olmasa, sülh müqaviləsi imzalana bilər” – Elman Nəsirov
- Makronun reytinqi 30 faizdən aşağı düşdü
- 2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var - Putin
- İtaliya səfirliyi Azərbaycanı təbrik ETDİ
- Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
- Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq
- Fransada etirazçılar partiya prezidentinin ofisini dağıtdılar
- Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı
- Zaqatalada 38 yaşlı kişi intihar etdi
- “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq” - Ərdoğan
- Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
- Ərdoğan qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqladı
- Pakistanda əhaliyə toplaşma qadağası qoyuldu
- “Karqa-Qarqa Şəmil” millətimizə və dövlətimizə necə TOY TUTUB..? - “Karqo Şəmil” ona borcu olanları necə və harada “nakazat” edir..?
- Azərbaycan nefti ucuzlaşdı
- İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək
- Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
- Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava
- Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
- Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb
- Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü
- Yuxu ömür uzunluğuna necə təsir edir?
- Demet yayılan xəbərlərə üsyan etdi
- “Karlo heyrətamiz insandır” - Robert Levandovski
- “365 gün”ün ulduzu zəlzələ qurbanlarına baş çəkdi