Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 
Bu barədə Polşa XİN açıqlama yayıb. 
Məlumata görə, səfir ölkənin şərqindəki Prjevodov kəndinə atılan Rusiya raketləri ilə bağlı açıqlama verməsi üçün çağırılıb. 
Qeyd edək ki, Polşa XİN raketlərin Rusiya istehsalı olduğunu təsdiq edib: "Saat 15:40-da Rusiya istehsalı olan raket Lublin Voyevodalığının Xrubiesov qraflığının Prjevodov kəndi ərazisinə düşüb, iki Polşa vətəndaşı həlak olub", - XİN-in bəyanatında deyilir". 
Lakin raketin kim tərəfindən atıldığı hələlik dəqiqləşdirilməyib.