Twitter-in yeni sahibi İlon Mask son paylaşımında istifadəçilərə izləyicilərinin sayının azala biləcəyi barədə xəbərdarlıq edib.
Xarici KİV xəbər verir ki, o, paylaşımında "Spam və saxta hesablar təmizlənir. Beləliklə, izləyicilərinizin sayının azaldığını görə bilərsiniz" - deyə, qeyd edib.

Dikkat Twitter'da takipçi sayınız azalabilir! Elon Musk sebebini böyle açıkladı

İlon Mask ümumilikdə neçə hesabın silindiyi barədə heç bir məlumat paylaşmayıb.
Xatırladaq ki, məşhur milyarder keçən həftə platformanın gündəlik orta hesabla 259,4 milyon istifadəçi ilə "aktiv istifadəçi rekordu" qırdığını açıqlamışdı.