Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze siyasətçinin onda aşkarlanan xəstəliklərə görə həbsdən azad edilməsi üçün məhkəməyə vəsatət qaldırıb. 
TASS xəbər verir ki, bundan əvvəl tibb ekspertləri keçmiş prezidentdə 10 xəstəliyin əlaməti olduğunu müəyyən edib və ona həbsdən çıxmağı tövsiyə ediblər.
"Məhkəməyə əlavə ilə ərizə vermişəm, 16 cild var, onlardan biri hərtərəfli məhkəmə-psixiatrik ekspertizanın rəyi, qalanları isə vəkillər tərəfindən toplanmış sübutlardır", - Xaçapuridze bildirib.