ABŞ alimləri noyabrın 28-də Günəşin atmosferində dəlik aşkar etdiklərini açıqlayıblar. Günəş atmosferində tac dəliyi kimi tanınan "kanyona bənzər" boşluq bu gün Yerə doğru günəş fırtınası yaradacaq.
 
Xarici medianın məlumatına görə, mütəxəssislərin fikrincə, yüklü hissəciklərin davamlı axını bu boşluq vasitəsilə yayıla və saatda 3 milyon kilometrə qədər yüksək sürətlə hərəkət edə bilər.
Tədqiqatçılar günəş fırtınasının intensivliyini “G1” olaraq qiymətləndiriblər. Bu səbəbdən elektrik şəbəkəsində dalğalanmalar və peyklərdə problemlər yarana bilər. Lakin fırtınanın vuracağı zərərin kifayət qədər az olacağı qeyd edilib.