"Pakistan daim Azərbaycanın yanındadır" - Bilal Hayee
29-10-2020, 11:41
218

"Pakistan daim Azərbaycanın yanındadır" - Bilal Hayee

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb

DMX-dən "Report"a verilən məlumata görə, Vüsal Hüseynov səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dost ölkənin hər zaman Azərbaycanın yanında olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Xidmət rəisi bu günlərdə Peşəvərdəki mədrəsədə baş verən terror aktı ilə əlaqədar günahsız insanların öldürülməsi və yaralanması ilə bağlı səfirə dərin hüznlə başsağlığı verib. Bildirib ki, hazırda Ermənistanın terror və işğalçılıq siyasətinə qarşı haqq mübarizəsi aparan Azərbaycan dövləti hər zaman sülhün və əmin-amanlığın tərəfində olub. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz yanaşan Ermənistan dövləti bu gün də cinayət tərkibli çirkin əməllərindən əl çəkmir. Bugünədək bədxah qonşularımız Gəncə, Bərdə şəhərlərində, bir çox yaşayış məntəqələrində mülki əhaliyə qarşı terror aktları həyata keçirib. Dinc sakinlərə qarşı raket artilleriyası hücumları nəticəsində indiyədək ümumilikdə 92 nəfər qətlə yetirilib, 380-i yaralanıb.

Vüsal Hüseynov, həmçinin diqqətə çatdırıb ki, Bərdədə törədilən növbəti terror nəticəsində 21 dinc sakin həlak olub, 70-ə yaxını yaralanıb. Bu fakt bir daha sübut edir ki, döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı yönəlmiş cinayətdə görür.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri və pandemiyanın ilk günlərindən əcnəbilərə göstərilən elektron xidmətlər barədə də ətraflı məlumat verib.

Səfir Bilal Hayee səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Pakistanın daim qardaş ölkə Azərbaycanın yanında olduğunu bildirib.

Sonda Azərbaycan və Pakistan arasında miqrasiya sahəsində gələcək əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxşar xəbərlər

Pakistandan Azərbaycana növbəti dəstək
“Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir“ - Səfir
Pakistanın yeni səfiri Azərbaycana gəlib
Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN
Azərbaycan Pakistana başsağlığı verdi
“Ermənistan dinc şəhərlərə hücumlara son qoymalıdır“ - Belarus səfiri
40 min pakistanlı Azərbaycana gəldi – RƏSMİ AÇIQLAMA
Ərdoğan İlham Əliyevə zəng etdi
Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı
Pakistanın yeni səfiri bu tarixdə Azərbaycana gələcək
Prezident Şefik Caferoviçə təşəkkür etdi
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
Qətər Azərbaycana yeni səfir göndərib
“Paşinyan Pakistan xalqından üzr istəməlidir” - Rəhman Məlik
Xankəndində azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür
“ABŞ Azərbaycanın yanındadır” — Mayk Pompeo
ABŞ-a görə 70 min pakistanlı öldü – İmran Xan
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
DTX məlumat yaydı
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
İlham Əliyev Ərdoğana təşəkkür etdi
“Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır” - Mustafa Şentop
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
Universitetdə toplantı
Rəsmi Bakının cavabı sərt olacaq – Arkov
Türkiyəli diplomat Hulusi Kılıç: ”Azərbaycanın qələbəsi regionda intibah yaradacaq”
Qazaxıstan səfiri Bərdəyə hücumu pisləyib