Səfir Şuşaya səfər çərçivəsində Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ərazisinə də baş çəkib.
O, öz tviter hesabında sözügedən ərazidən fotolar da paylaşıb.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür davam edir.
