ABŞ və Kanadada şaxta nəticəsində azı 38 nəfər ölüb.
BBC xəbər verir ki, ABŞ-da 34 nəfər həyatını itirib. Ən çox zərər Nyu-York ştatının Buffalo şəhərinə dəyib.
Kanadada isə Britaniya Kolumbiyası əyalətinin qərbində Merrit şəhəri yaxınlığında buz yolda avtobusun aşması nəticəsində dörd nəfər həlak olub.
Qar fırtınası və şaxta səbəbindən yüz minlərlə insan elektriksiz qalıb, minlərlə aviareys təxirə salınıb.