Kanadanın cənubunda pis hava şəraiti səbəbindən yük qatarı relsdən çıxıb. Qəza nəticəsində ölkənin ən böyük şəhərləri arasında sərnişindaşıma xidməti dayandırılıb.
Kanada sərnişin qatarı operatoru “VIA Rail” dekabrın 26-na planlaşdırılan Toronto-Ottava və Toronto-Monreal arasında bütün reyslərin ləğv edildiyini açıqlayıb.
Ölkənin əksər bölgələrində qar fırtınası başlayandan (dekabrın 24-ü) dəmir yolunda əhəmiyyətli gecikmələr davam edir.
Yüzlərlə insan qar uçqunlarında ilişib qalan qatarlarda 12 saata qədər vaxt sərf etmək məcburiyyətində qalıb. İndiyədək Kvebek və Ontario əyalətlərində 100 mindən çox istifadəçi işıqsız qalıb.
Xatırladaq ki, ABŞ-də şiddətli qar fırtınası başlayıb, bir milyondan çox insan işıqsız qalıb. Ölənlərin sayı ən azı 34 nəfərə çatıb.
Mənbə: CBC