Ermənistan ordusunda silahlı qarşıdurma: Ölən və yaralananlar var
29-10-2020, 19:03
142

Ermənistan ordusunda silahlı qarşıdurma: Ölən və yaralananlar var

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
Gündəlik Bakı Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, əldə edilən məlumatlara əsasən könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir.
Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var.
Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib. Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb.
Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib. Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq Ermənistan müdafiə nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.
Erməni hərbi qulluqçularının döyüşdən kütləvi şəkildə imtina etməsinə səbəb Azərbaycan Ordusunun döyüş meydanında qələbələri və düşmənə endirdiyi dəqiq atəş zərbələri nəticəsində çoxlu sayda döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı təqdim edilən video görüntülərdir.

Oxşar xəbərlər

Erməni ordusunun hücumunun qarşısı alındı - Düşmən ağır itki verdi
Ermənilər Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib
Düşmən alayının tabor komandiri məhv edildi - RƏSMİ
Döyüşdən qaçan erməni hərbçilərin həbsi başladı
Düşmən bu istiqamətlərdə itki verərək GERİ ÇƏKİLDİ
Ermənistan ordusunun əsgəri fərarilik edib
Xankəndində hərbi hissə darmadağın edildi - VİDEO
Ermənistan ordusunda qiyam baş verdi
Müdafiə Nazirliyi Ağdərə ilə bağlı MƏLUMAT YAYDI
Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var - Rəsmi
Düşmənin “Martuni” motoatıcı alayı darmadağın edildi - RƏSMİ
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
“Gecə ərzində gərgin döyüşlər davam edib” - Müdafiə Nazirliyi
Düşmən ordusunun polkovnik-leytenantı MƏHV EDİLDİ
Azərbaycan Ordusu Bərdənin qisasını aldı
Əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir - MN rəsmisi
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir
"Azərbaycan 4 milyonluq ordu yığa bilər" - AÇIQLAMA
“Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb” - Hərbi ekspert
Ordumuz daha bir neçə erməni zabitini MƏHV EDİB - Müdafiə Nazirliyi
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
“Silahlı birləşmələrimiz döyüş tapşırığını şərəflə yerinə yetirir”- Prezident
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Ermənistan Ordusunun 84 hərbçisi məhv EDİLDİ
Ermənilər Mingəçeviri raket atəşinə tutub
Cəbhə xəttində erməni təxribatı davam edir
Zakir Həsənov işğaldan azad edilən kəndlərdən DANIŞDI