Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 105 250 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 026 tank, 6 059 zirehli maşın, 2 010 artilleriya sistemi, 423 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 268 helikopter, 1 740 PUA, 711 qanadlı raket, 16 gəmi/qayıq, 4 683 avtomobil texnikası və avtosistern, 180 xüsusi texnikadan ibarətdir.