Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “bayraktar”ından təhlükəlidir”
30-10-2020, 15:57
225

Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “bayraktar”ından təhlükəlidir”

“Daxili "bayraktarlar" türklərin “bayraktar”larından daha təhlükəlidir”. Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri, hakim “Mənim addımım” fraksiyasının təmsilçisi Andronik Köçəryan keçmiş Baş nazir Vazgen Manukyanın açıqlamasını şərh edərkən deyib.
O əlavə edib ki, Manukyanın müraciəti oktyabrın 27-də edilməsi daha təhlükəlidir. 1999-cu ilin bu günündə Ermənistan parlamentində terror aktı baş verib.
Köçəryan qeyd edib ki, xalq tərəfindən qəbul olunmayan qüvvələr bunu həzm edə bilmirlər.
Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan oktyabrın 27-də hökuməti istefaya getməyə və hakimiyyəti orduya təhvil verməyə çağırıb. “İindiki dövr tarixin biabırçı və dağıdıcı səhifələrindən biridir. Yalnız Qarabağ deyil, xalqın gələcəyi olan Ermənistan da təhlükə altındadır ”, - deyə keçmiş Baş nazirin müraciətində qeyd edilirdi.
Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı da Manukyanın müraciətinə reaksiya verib. Adıçəkilən qurumlar müraciəti “bəzi siyasi dairələrin siyasi rəhbərlik və Silahlı Qüvvələr arasında nifaq salmaq cəhdi" kimi qiymərləndirərək qınayıblar.
Qarabağ müharibəsi Ermənistanın yalnız hərbi cəhətdən deyil, iqtisadi cəhətdən də sarsılmasına səbəb olub. Bu isə ölkədə siyasi təaltümləri qaçılmaz edir. Manukyanın müraciəti və hakim komanda tərəfindən ona verilən sərt reaksiyalar böhranın başlanğıcı hesab edilə bilər. 

Oxşar xəbərlər

“Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri
Şahnazaryan da Nikol Paşinyanı istefaya çağırdı
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
Rəsul Quliyevin işğalçı Ermənistan spikeri ilə birgə görüntüləri yayıldı...- FOTOLAR
“Çiçəklənən Ermənistan”ın lideri də “cəhənnəm”i seçdi - Qarabağa gəlir
“Bu, mənim erməni xalqına sözümdür” - İlham Əliyev
"O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq" - Prezident bir daha atəşkəs şərtini açıqladı
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Tramp: "PKK İŞİD-dən təhlükəlidir"
Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər - GƏLİŞMƏ
“Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır” - Mustafa Şentop
Ermənistanın keçmiş naziri öldü
Ermənistan müdafiə naziri Qarabağa gəldi
“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
"Bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır" - Ölkə başçısı
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu
"İndi onlar ciddi məğlubiyyət acısını yaşayırlar" - İlham Əliyev
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
“Paşinyan Pakistan xalqından üzr istəməlidir” - Rəhman Məlik
Erməni milyonçunun Paşinyana məktubu Ermənistanı silkələdi
Ermənistan dövlət borcunu kəskin artırır - TƏCİLİ İCLAS
Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı
Kanadanın baş naziri koronavirusun ikinci dalğasının gəldiyini elan etdi
Ermənilərin meyitləri təhvil verildi
Rəsmi Bakının cavabı sərt olacaq – Arkov
“Pavel Qraçov nazir təyin olunduqdan sonra Ermənistan ciddi dəstək qazandı” - Rusiyalı hərbi ekspert
"Erməni hərbçilər arasında çaxnaşma var" - Suren Qriqoryan
Gürcüstandan Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına QADAĞA