Paşinyan xalqa yalvarandan sonra kişilər deyil, qadınlar cəbhəyə getdi
31-10-2020, 09:57
145

Paşinyan xalqa yalvarandan sonra kişilər deyil, qadınlar cəbhəyə getdi

Bir aydan çoxdur işğal altında olan Qarabağ uğrunda aparılan hərbi əməliyyatlarda Azərbaycana məğlub olan Ermənistan döyüşlərə göndərməyə adam tapmadığından naümid halda yeni yollar axtarır.
“Qafqazinfo” xəbər verir ki, düşmən çarəsizlikdən qadınlardan ibarət dəstələr formalaşdıraraq cəbhəyə göndərməyə hazırlaşır. Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan öz feysbuk hesabında qadınların fotosunu paylaşaraq təlim keçdiklərini bildirib.
Artıq bu döyüşlərdəki məğlubiyyət Ermənistan cəmiyyətində niskinlik və xaos yaradıb. Erməni kişilər öləcəklərini bildikləri üçün döyüşə getməkdən imtina edirlər. Əsgər anaları Paşinyan əleyhinə mitinqlər keçirirlər. Cəbhəyə getməyənlər isə evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlardan görünür ki, Ermənistan Ordusunun diviziyaları döyüşə girməkdən imtina edərək mövqelərini tərk edirlər. Ön cəbhədə olan əsgərin qaçmaması üçün onların arxasında cəza taborları dayanır. Erməni hərbi polisi döyüşdən yüzlərlə şəxsi həbs edib, fərarilərin güllələndiyi ilə bağlı məlumatlar yayılır. Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib.
Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.
Artıq problemin böyüklüyü onları idarə edən şəxslərə də çatıb. Həm Paşinyan, həm də Araik Arutyunyan dəfələrlə xalqa müraciət edərək kömək istəyib. Bir neçə gün öncə müharibə ilə bağlı Ermənistan vətəndaşlarının ruh düşkünlüyünü açıq-aşkar etiraf edən separatçıların “rəhbər”i Araik Arutyunyan qələbə üçün duaya ehtiyacları olduğunu demişdi. O, “vətəndaşları” imkan daxilində cəbhəyə getməyə və bu qərardan geri dönməməyə çağırmışdı. Son günlər Ermənistan rəhbərliyi də bu cür videomüraciətlər yayaraq döyüşə getməyə hərbçi axtardığını dəfələrlə bəyan edib.
Belə ki, baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl rəsmi feysbuk hesabında açdığı canlı videomüraciət zamanı döyüşmək üçün az qala, xalqına yalvarıb. O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında könüllü dəstələr yaradılması üçün şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edib. Bununla yanaşı o, acizanə şəkildə Qarabağdan olan bütün iş adamlarını və tələbələri dərhal Xankəndinə qayıtmağa çağırıb.
Lakin Ermənistanda döyüş qabiliyyəti olan şəxslər bu çağırışa cavab vermədiyindən, ermənilər qadınlardan ibarət dəstələri cəbhə xəttinə göndərirlər. Qadın dəstələrinə keçirilən təlimlərin nə zaman nəticə verəcəyi, effektli olub-olmayacağı ilə bağlı sualın cavabı isə yəqin ki, məlumdur. 

Oxşar xəbərlər

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto
Döyüşdən qaçan erməni hərbçilərin həbsi başladı
Ermənilər döyüşə getmək istəmir - Cəbhə üçün cəmi 300 nəfər toplandı
Ermənistan ordusunda silahlı qarşıdurma: Ölən və yaralananlar var
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər - FOTO
“Paşinyan, arvadına de, ağlını başına yığsın!“
Ovannisyan erməni əsgərlərin Qarabağdan qaçdığını təsdiqlədi
Ermənistan ordusunda rəzalət: Döyüşdən qaçan əsgərlər silah oğurlayır
Paşinyanın bu vəzifədən qovduğu nazir müavini daha ağır cəzaya layiq görüldü – Könüllü olaraq ön cəbhəyə göndərilir
Düşmən bu istiqamətlərdə itki verərək GERİ ÇƏKİLDİ
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
Ermənistan ordusunun polkovniki MƏHV EDİLDİ
“Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri
Ermənistan müdafiə naziri Qarabağa gəldi
10 minlərlə gənc cəbhəyə çağırılacağı günü gözləyir - bizə muzdlumu lazım?
Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı
Tonoyan Rusiyaya getdi
“Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb” - Hərbi ekspert
Müdafiə Nazirliyi: “Ermənistanla sərhəd zastavası atəşə tutulmayıb“
"Azərbaycan 4 milyonluq ordu yığa bilər" - AÇIQLAMA
Paşinyan ordusunun xeyli sayda canlı qüvvə itirdiyini etiraf etdi
Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır - Müdafiə Nazirliyi
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Azərbaycanda deputatın oğlu könüllü olaraq cəbhəyə yollandı
“Ermənistan bu gün qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır“ - Komitə sədri
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Avropa mətbuatı erməni təcavüzündən yazdı
XİN-dən Ermənistanın döyüşlərə uşaqları cəlb etməsinə MÜNASİBƏT
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı