Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna qüvvələrinin Rusiya ərazisinə girməyəcəyini açıqlayıb. 
Modern.az xəbər verir ki, müşavir bu barədə "Republic" nəşrinə müsahibəsində bildirib. 
“Rusiya Federasiyasına daxil olmağımızın heç bir mənası yoxdur, çünki biz yerli əhalinin ehtiyaclarına nəzarət edə bilməyəcəyik. Bizim belə bir həcmdə resursumuz olmayacaq. Müharibə 2023-cü ildə Ukraynanın qələbəsi ilə yekunlaşacaq", - deyə Mixaylo Podolyak bildirib. 
Müşavirin sözlərinə görə, savaş 1991-ci il sərhədlərinə qayıdılması ilə bitəcək. 
"Ukrayna ordusu Rusiya ərazisini işğal etmək fikrində deyil", - deyə Podolyak əlavə edib. 
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.