“Müharibədə həlledici günlər- “Artsax” süqut ərəfəsində” – Rus mediası
2-11-2020, 09:19
136

“Müharibədə həlledici günlər- “Artsax” süqut ərəfəsində” – Rus mediası

Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzeti Qarabağda bir aydan artıqdır davam edən müharibənin nəticələri və bundan sonra baş verə biləcək hadisələr haqda yazıb. Mütəxəssislərin fikrincə, döyüşlər Ermənistan və Qarabağ erməniləri üçün strateji əhəmiyyətli  İrəvan-Laçın-Stepanakert avtomobil yolunun bir neçə kilometrliyində gedir. 
Bu yolun ələ keçirilməsi isə bütün “Artsax” adlanan qondarma qurumun məğlubiyyəti deməkdir. Azərbaycanın qısa müddətdə xüsusilə, cənub istiqamətində-İran sərhədi boyunca işğaldakı torpaqları nəzarətinə qaytarmasını yada salan ekspertlər Ermənistanın hərbi uğursuzluqlarının bir neçə səbəbini qeyd edirlər.
Hərbi ekspert İqor Strelkov deyib ki, Azərbaycanın Ermənistanda heç bir hərbi hədəfi yoxdur və əsas məqsədi işğaldakı torpaqları azad etməkdir. Strelkov bir həftə əvvəl verdiyi  proqnozunu təkrarlayıb: “Laçın şəhərlərinin azərbaycanlılar tərəfindən ələ keçirilməsi erməni silahlı qüvvələrinin mühasirəyə düşməsi, "Artsax”ın süqutu demək olacaq. Hələlik, Laçın dəhlizi ərazisində və Şuşanın yaxınlığında şiddətli döyüşlər davam edir”.
Hərbi analitiklərin fikrincə, Azərbaycanın payız hücumunun uğurunun səbəbi Bakının Ermənistan ordusundan xeyli dərəcədə üstün olmasıdır. Bundan əlavə, Ermənistan əhəmiyyətli taktiki səhvlərə yol veriblər. “Yenilməzliyə inanan ermənilər kəşfiyyat, döyüş təchizatı, texniki təchizat, hava hücumundan müdafiə məsələlərində diqqətdən qaçırıblar. Nəticədə, Ermənistan Dağlıq Qarabağı itirmək ərəfəsindədir”.
Müstəqil hərbi ekspert Yuri Lyaminin sözlərinə görə, Azərbaycan qoşunları xüsusilə müasir silahlarla havada zərbələrlə cəbhədə təşəbbüsü əldə saxlamaqda davam edirlər. Ekspert deyib ki, döyüşlərin ilk ayı ərzində cəbhənin cənub istiqamətində qondarma “dqr”in müdafiəsi  yarıldı, indi isə cənubdan şimala- Laçına və  Şuşaya doğru zərbə endirirlər . “Hadisələrin gələcək inkişafı əsasən orada gedən döyüşlərlə müəyyənləşdiriləcəkdir. Azərbaycan qüvvələri Laçın və Şuşanı alsalar, o zaman “Qarabağ Respublikasında” vəziyyət son dərəcə çətinləşəcəkdir” deyə, o bildirib. /Musavat.com

Oxşar xəbərlər

“Laçın azad edilərsə, o zaman İrəvan…”
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Paramparça olmuş Ermənistan ordusu cəbhədən çəkilir – Türk mediası
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
Tezliklə Laçın rayonu haqqında xoş xəbərlər olacaq - ekspert
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı
“Tələ” bağlananda Yerevan konkret substantiv danışıqlar aparmaq istəyəcək”
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbiçiləri istənilən hədəfi nişan alacaqlar"
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması
Ordumuz ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi
Daha bir erməni əsgər öldü
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
"Paşinyan uçurum üzərindədir" - Rusiyalı hərbi ekspert
“Bu 4-cü atəşkəs çağırışıdır...” – Bu dəfə göz yaşlarına inanmayan Bakıdır
"Azərbaycan 4 milyonluq ordu yığa bilər" - AÇIQLAMA
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib…”
Murov zirvəsi azad olundu - RƏSMİ
“Suriyalı terrorçular” barədə Azərbaycana qarşı yeni informasiya diversiyası
Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?
Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır - MOSKVANIN MƏQSƏDİ NƏDİR...
Müharibənin bir ayı: Şuşaya aparan qısa yol
Ermənilərin “onurğa sütunu” sayılan xüsusi təyinatlılar darmadağın edildi