Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında ermənilərin uğursuz "feyk"ini üzə çıxarıb.
H.Hacıyev hesabında iki foto paylaşaraq bunları yazıb:
"Foto 1: Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi Ermənistan tərəfindən atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni "Smerç" raketinin mühərrik hissəsi keçir və yerə girir.
Şəkil 2: Uğursuz erməni feyki. Onlar hətta hörümçək torunu təmizləməyi belə, unudublar".