Ermənilərin döyüşdürdüyü muzdlular danışdı
2-11-2020, 14:17
111

Ermənilərin döyüşdürdüyü muzdlular danışdı

Ermənistanda yeni gəlmiş muzdlular üçün sürətlənmiş təlimlər keçirilir.
“Qafqazinfo” “Bigasia.ru” portalına istinadən xəbər verir ki, Qərbi Avropa ölkələrindən gələn bu şəxslər özlərini könüllü adlandırsalar da Ermənistan vətəndaşı deyillər və bununla muzdlu döyüşçü hesab olunurlar.
Onlardan biri Almaniya vətəndaşı Ağazi Asatryandır:
“Alman iş yoldaşlarım bir insanın müharibəyə getmək istəyə biləcəyini başa düşməzdilər. Hər kəs öz vətəni üçün mübarizə aparmalıdır. Mən tariximizi yaxşı bilirəm və anlayıram ki, bu düşüncə olmadan  biz ermənilər bu qədər əsr yaşamazdıq”.
Muzdluların arasında qadınların da olduğu artıq açıq faktdır. Onlardan biri Knarik Karaminasyan fikirlərini belə çatdırıb:
“Əvvəlcə mənim üçün çətin oldu və hətta kabuslar görməyə başladım. Ancaq vaxt keçdikcə yeni hər şeyə öyrəşirsən... Düzü, indi evdə oturub feysbukda xəbərləri oxuyub vərəqlədiyimdən, necə kömək edəcəyimi bilmədiyimdən daha yaxşı hiss edirəm. Buradayam və nəyəsə hazırlaşdığımı və vacib bir şey etdiyimi hiss edirəm”.
“France24” telekanalının Dağlıq Qarabağdan hazırladığı reportajda bir sıra erməni əsilli Fransa vətəndaşlarının Qarabağdakı döyüşlərə cəlb olunduğu açıq-aşkar göstərilib. 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyan telekanala müsahibəsində müharibə başladığı andan Ermənistana gələrək döyüşlərə qoşulduğunu bildirib.
Bu yaxınlarda Fransanın “Liberation” qəzetinin verdiyi məlumata görə, erməni əsilli Fransa vətəndaşı, terror təşkilatı “ASALA”nın 64 yaşlı üzvü Gilbert Minasyan döyüşlərdə iştirak etmək üçün Fransadan özü ilə gətirdiyi muzdlularla birlikdə Qarabağdadır.
Almaniyanın tanınmış qəzeti “Der Freitag” da bir neçə gün əvvəl “PKK muzdluları” adlı bir məqalə yayımlayıb və döyüşlərdə Ermənistan tərəfdən çoxlu sayda PKK terrorçularının iştirak etdiyi bildirilib.





Oxşar xəbərlər

Rusiya muzdlu döyüşçülər göndərir: Hərəsinə ayda 1000 dollar
Erməni deputat Qarabağa muzdluların gətirildiyini etiraf etdi
Xalq artisti: "Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"
“Hərarətim 38,7 dərəcəyə yüksələndə təlaşlanmağa başladım”
İlk qadın şəhidimizin ailəsindən - Videoreportaj
10 minlərlə gənc cəbhəyə çağırılacağı günü gözləyir - bizə muzdlumu lazım?
Suriya hərbçisi ailəsi ilə Qubadlıya köçürüldü - YENİ FAKTLAR
Azərbaycandan bal ayına getmiş cütlük Tailanddan qayıda bilmir
Erməni tərəfdə döyüşən 6 muzdlu beynəlxalq axtarışa verildi
"Həbsdən sonra ilk işim anamı öpmək olacaq" - Ronaldinyo
“Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir” - Erməni separatçılarının ilk liderlərindən biri
“Ermənilər artıq bir-birlərini yeməyə başlayıb” – Gülər Əhmədova
“Meyitlər Ermənistana aparılsa, hansı siyasi tufanın qopacağını proqnozlaşdırmaq çətin deyil” - deputat
Azərbaycanlı əsgər bronjiletsiz gəldi, silahı yerə qoydu və... - Erməni əsir (VİDEO)
Alman jurnalistdən sensasion paylaşım - 4000 erməni əsgəri ölüb
"Səni öldürəcəm, dişlərindən boyunbağı düzəldəcəm"
Sarkisyan muzdluların Qarabağda döyüşdüyünü etiraf ETDİ
"Bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır" - Ölkə başçısı
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
“Azərbaycanlıların rus dilindəki ləhcəsi paxlava kimi şirindir” - FOTO
"Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik" - Prezident İlham Əliyev
Erməni qadın yazardan şok etiraf: - “Mən erməni kişilərinin yerinə utanıram!”
Pərvin Abiyevanın müəllimi ondan danışdı: “Bilmirəm indi nə edir, nə işlə məşğuldur”
Ermənilər Fransada türklərə hücum etdi - Video
Almaniyadan Aİ-yə dəstək: “Xəstələri qəbul etməyə hazırıq”
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması
“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir”
“Atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz” - Prezident İlham Əliyev