Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı həlak olan daha bir əsgərin valideynləri övladlarının qəsdən öldürüldüyünü iddia edir.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Belə ki, hadisə zamanı həlak olmuş hərbçi Ayk Kirakosyanın valideynləri yanğının qəsdən törədildiyinə dair iddialar irəli sürüblər.
Qeyd edilir ki, Ayk Kirakosyan hadisədən bir neçə gün əvvəl hərbi xidmətdə yaranmış xoşagəlməz vəziyyətdən şikayət edib. O, atası ilə son söhbətlərinin birində iki əsgər qardaşı ilə Qor adlı komandir (Qor Agekyan -red) arasında insident baş verdiyini bildirib.
“Hadisədən iki gün əvvəl telefonla danışdıq. Ayk bildirdi ki, hərbçilər arasında mübahisə yaranıb, söz-söhbət olub, bundan 4 gün əvvəl hərbi polis nə baş verdiyini araşdırmaq üçün yoxlamağa gəlib. Yoxlamalr zamanı əsgərlərdə mobil telefonlar aşkarlanıb. Təfərrüatı açıqlaya bilmirəm, söhbət həm də onların komandiri haqqındaydı, komandir də yəqin ki, bütün bu əşyaların kimə aid olduğunu yoxladı, onlar bir-birlərini vurublar”, - Ayk Kirakosyanın atası Qabriel Kirakosyan deyib.
Ayk Kirakosyan həmin hadisədən atasından başqa hərbi hissəyə köçürülmək istədiyini, xidmətini bu bölükdə davam etdirə bilməyəcəyini deyib.
Ayk 15 hərbçinin ehtiyatsızlıqdan ölümündə ittiham olunan kapitan haqqında heç nə danışmayıb. Əsgərin valideynləri övladlarının ölümü ilə bağlı Müdafiə Nazirliyinin ilkin rəsmi versiyasına inanmırlar.
“İyirmi əsgərin həyatı əmanət edilmiş zabit sobaya benzin tökməyin yanğına səbəb olacağını necə bilməsin? Əsgərlər hadisə zamanı doğrudan da yatmışsdısa, soba nə üçün yanırdı? Axı Ayk tez-tez yataq otağının kiçik və isti olduğunu söyləyirdi.
Əsgərlər doğrudan da yatmışdılarsa, niyə çarpayılarda çəkmələrlə, ölmüş vəziyyətdə aşkarlanıblar? Necə ola bilərdi ki, təlim keçmiş 10 nəfərdən heç biri qapını sındıra bilməyib?”, - əsgərin valideynləri bildiriblər.
Qeyd edilir ki, bu suallar Aykın valideynlərini çıxılmaz vəziyyətə salır: “Lakin bir şey aydındır: baş verənlər qəsdən törədilib”, - “News.am” yazır.
“Oğlum (Ayk-red) qəsdən yuxuya verilib və ya zəhərlənib, o getdi və izi itirmək üçün qəsdən yanğın törədiblər. Özümə o qədər suallar verirəm ki, nə baş verdiyini anlamıram. Bunu (yanğının törədilmə səbəbini -red) ancaq icraçı yox, oğlum da bilib. Hətta düşünürəm ki, oğlum onların əməlləri barədə nəsə bilir, qorxublar ki, Ayk hər şeyi üzə çıxarar. Buna görə oğlumu öldürüblər.
Mən heç bir fərziyəyə inanmıram. Onlar (əsgərlər) qəsdən öldürülüb”, - Ayk Kirakosyanın anası Armine Ağaxanyan deyib.
Xatırladaq ki, hadisə yanvarın 18-də baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb, hərbi hissənin komandiri polkovnik-leytenant Qor Agekyan saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Mətbuat qeyd edib ki, yanğından bir həftədən çox vaxt keçsə də, Ayk Kirakosyanın ailəsinə Ermənistanın Müdafiə Nazirliyinin heç bir rəsmisi baş çəkməyib./Report
15 erməni əsgəri qəsdən yandırılıb - Ayk Kirakosyan
28
yanvar
10:31

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ermənistanda hərbi hissədə yanğın - 15 ÖLÜ
Ermənistanda hərbi hissənin komandiri SAXLANILDI
Ermənistanda korpus komandiri işdən çıxarıldı - YENİLƏNİB
Yanaraq ölən erməni hərbçilərə görə 5 polkovnik işdən çıxarıldı
Erməni hərbçilər arasında silahlı İNSİDENT - Ölən və yaralananlar var
Ermənistanda hərbi hissədə yanğın bu səbəbdən olub - Rəsmi
Erməni əsgər özünü güllələdi
Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib
“Maşındakı 19 əsgərdən 18-i həlak oldu” – Erməni əsgərin atasından sensasion açıqlamalr
Ermənistanda əsgər güllələnərək ÖLDÜRÜLDÜ
Sərhəddəki atışmada erməni əsgəri öldü
Azərbaycanda polis arvadını döydüyünə görə İŞDƏN ÇIXARILDI
Erməni hərbçilər postumuza girmək istəyiblər: - Kəlbəcərdə NƏ BAŞ VERİR?
Ermənistanda valideynlər aksiya keçirdi
Azərbaycanlı və erməni hərbçilər arasında DAVA: - Hərbi hissə komandirinin burnunu sındırdılar
Rusiyada hərbçi intihar edib
Ermənilərin “onurğa sütunu” sayılan xüsusi təyinatlılar darmadağın edildi
Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı açıqlandı
Ermənistanın itkin hərbçilərin sayı 5 300-ü ötdü
Ermənistanda əsgər ailələri aksiya keçirdi
Qardaşı ilə dalaşdı, yaşadıqları evi yandırdı
Sülhməramlıların yanında insident: erməni hərbçi yaralandı
İrəvanda həlak olan hərbçilərin valideynləri etiraz edir - VİDEO
Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - FOTO
İtkin düşən erməni əsgərin anasını aldatdılar
Əsgər valideynləri Ermənistanda nazirlik binasına daxil olublar
Cəlal Arutyunyan Tonoyanı şantaj edirmiş: "Məlumat qəsdən sızdırılıb"
“Hərbi xidmətə göndərəcək uşağımız yoxdur" - Erməni valideynlər
Hərbi hissənin komandanlığı qaçdı, erməni hərbçilər özbaşına qaldı - VİDEO
Əsgər valideynləri Ermənistan hökumətini küncə sıxıb
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü