Son əsgərə qədər müharibə - Paşinyanın intiharı
3-11-2020, 11:51
140

Son əsgərə qədər müharibə - Paşinyanın intiharı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini öz maraqlarına qurban verir. Yenisabah.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Mixail Borisovun müəllifi olduğu “Vesti Kafkaza” xəbər portalında nəşr olunmuş analitik materialda bildirilir.
“Dağlıq Qarabağda hərbi eskalasiyanın növbəti mərhələsi bir aydan çoxdur davam edir. İrəvan Rusiyanın vasitəçiliyi ilə Bakı ilə danışıqlardan imtina edir. Son əsgərə qədər müharibə - Ermənistanın Baş naziri Nikol Paşinyan bu şüar altında Qarabağ münaqişəsinin həllinə yanaşdığını bəyan edir”, - deyə məqalədə qeyd olunur.
Müəllif yazır ki, uzun illər dövlət və qonşu ölkələrlə münasibət qurmaq konsepsiyasının olmaması ilə müşayiət edilən hakimiyyətin zəifliyi və qeyri-müəyyənliyi Ermənistanı müharibəyə sürükləyib və eskalasiyanın hazırkı mərhələsi ölkənin siyasi, iqtisadi, hərbi və ideoloji cəhətdən çöküşünə səbəb olub.
“Paşinyanın niyə Azərbaycanın hərbi üstünlüyü şəraitində “sonuncu əsgərə kimi müqavimət” taktikasını seçdiyini başa düşmək çətindir. Yəqin ki, Ermənistan Baş naziri separatçıların ABŞ-dakı maraqlarını dəstəkləyən lobbiçilərə ümid edərək vaxt qazanmağa çalışır. Ancaq indi ABŞ-da prezidentlik kampaniyasının final mərhələsidir və bu səbəbdən İrəvan Amerika diasporasının tam dəstəyinə ümid edə bilməz.
Paşinyanın hakimiyyəti dövründə Ermənistan-Rusiya münasibətləri açıq-aydın soyudu və İrəvanın Qarabağ münaqişəsinin həllində KTMT-nin dəstəyinə arxalanmağa haqqı yoxdur”, - deyə müəllif bildirir.
Məqalədə qeyd edilir ki, bu gün Paşinyanın iki seçim arasındadır: Ya işğalçılıq siyasətini davam etdirmək, ya da Qarabağın işğaldan azad edilməsi ilə bağlı danışıqlara başlamaq. Ki, bunun sayəsində insan ölümlərinin qarşısını almaq mümkündür. Lakin müəllif hesab edir ki, Ermənistan Baş naziri birinci variantı seçəcək. Çünki Qarabağ cəbhəsindəki hadisələrin dinamik xarakteri, bir növ siyasi liderlərin və klanların eyforiyası, hakimiyyət uğrunda mübarizə həvəsi qonşularla barışıq məsələsini arxa plana atıb.
“Lakin bu yolla, erməni hakimiyyət orqanları Qarabağ böhranının Ermənistanın özündə kəskin bir sosial problemə çevrilməsinə şərait yaradır. Yaxın gələcəkdə dövlət strukturlarının böharnla üzləşmə riski humanitar kollapsa çevrilə bilər.
İrəvan özünü beynəlxalq təcrid vəziyyətində tapa bilər, çünki Ermənistan rəhbərliyi öz xalqını etno-ərazi mafiyasının mənafeyinə qurban verməklə həm ən yaxın tərəfdaşlarını, həm də çox milyonluq diaspor nümayəndələrini itirmək riski ilə üz-üzədir”, - Mixail Borisov yazır. 

Oxşar xəbərlər

Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV
“Paşinyan üçün “möcüzə” Rusiya desantlarının...” – Rus ekspert
Paşinyan bu dəfə Putinə məktub yazdı
Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..
Nikol Paşinyan yaşadığı mənzili satır
Ermənistanın bütün sərhədləri Rusiyaya verildi - Əsgərsiz qalan Paşinyanın "çıxış yolu"...
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Erməni əsgəri səngərdə sellofanın üstündə yatır: "Paşinyan, erməni əsgərinin yataq kisəsi haradadır?" - FOTO
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
30 illik boş danışıqlar və Azərbaycan ordusunun yumruğu...
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
“Azərbaycanın müharibəni udduğu görünür, onminlərlə erməni qaçıb” - Kerri Kavano
Paşinyan bu dəfə Gürcüstan ərazisinə iddia etdi - FOTO
Nikol Paşinyanın “gizli silahı”...
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
Rusiyalı hərbi şərhçi ermənilərin Qarabağdakı döyüşlərlə bağlı yalanlarını ifşa etdi
Yerevanda anti-Rusiya kampaniyası genişlənir
Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı
“Paşinyan, arvadına de, ağlını başına yığsın!“
Erməni milyonçunun Paşinyana məktubu Ermənistanı silkələdi
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL
İtkilər həddən artıq çoxdur, gizlədirlər - Podolyaka
XİN: Paşinyan baş nazir olduqdan sonra 30 dəfə təxribat törətdi
“Paşinyan indi Putinin tualetinin qabağında ulayır” - Vladimir Truxan