Fransada evlərin kirayə haqqının artması səbəbindən mənzil problemi yaşayanların sayının 4 milyonu keçdiyi, evsizlərin sayının isə 330 minə yüksəldiyi bildirilib. 
“Radio Free Europe” xəbər verir ki, Fransada fəaliyyət göstərən “Abbe Pierre” Fondu 2022-ci ildə ölkədə mənzil problemləri ilə bağlı illik hesabatını dərc edib. 
Hesabatda məlum olub ki, ötən il ölkədə 4,15 milyon insan mənzil problemi ilə mübarizə aparır və ya qeyri-insani şəraitdə yaşayır. 
Bu kateqoriyaya daxil olanların əhəmiyyətli bir hissəsini mətbəx, tualet və istilik otaqları kimi qeyri-sağlam şəraitdə yaşayanlar, eləcə də narahat şəraitdə yaşayanlar təşkil edib. 
Hesabata görə, Fransada evsizlərin sayı 330 minə yüksəlib və bu nisbət 10 ildə 130% artıb. 
Onlardan 200 mini təcili şəraitdə, 110 mini müvəqqəti sığınacaqlarda, 27 mini isə küçələrdə, metrolarda, çadırlarda və ya avtomobillərdə yatmağa məcburdur.