Türkiyəli məşhur müğənni Aleyna Tilki geyim tərzi ilə hər kəsin diqqətini çəkib.
Müğənni restoranların birinə gedərkən jurnalistlərin obyektinə tuş gəlib. Belə ki, pijama ilə Aleynanı görən jurnalistlər heyrətlərini gizlədə bilməyiblər.
Jurnalistlərin suallarını cavablandıran Tilki, "Səs tellərim sağaldı, amma bir müddət mahnı oxumamalıyam, 1 aydan sonra səhnəyə qayıdacam", - deyə cavab verib.
Qeyd edək ki, yeni reklam müqavilələrinin də olduğunu bildirən müğənni, "Pul qarşılığında iş görmürəm. Əsas odur ki, layihədə özümü rahat hiss edim",- deyə bildirib.


  • Aleyna Tilki pijama ilə küçəyə çıxdı - FOTO/VİDEO
  • Aleyna Tilki pijama ilə küçəyə çıxdı - FOTO/VİDEO