Hollivud aktyoru Silvestr Stallone rəsmi olaraq arvadı və qızları ilə realiti-şousuna - "Stallon ailəsi"nə start verir.
"Fox News" xəbər verir ki, Rembo və Rokkinin qəhrəmanının ata kimi necə olduğunu izah edən verilişdə arvadı Cennifer Flavin və qızları Sofiya, Sistine və Skarletlə birlikdə Stallone iştirak edəcək. Bu ilin sonunda yayımlanacaq veriliş səkkiz bölümdən ibarət olacaq.
Cennifer Flavin Los-Ancelesdə doğulmuş və böyümüş "fərasətli iş qadını" və sağlam həyat tərzi brendinin ortaq sahibi kimi təsvir edilir. Cennifer və Silvester 26 illik evlilikdən sonra keçən avqust ayında qısa müddətə ayrılıblar. Ancaq cütlük indi yenidən birləşib.
Ən böyüyü, 26 yaşlı Sofiya “atasının yolu ilə getməkdə maraqlı deyil”. Bununla belə, o, 24 yaşlı bacısı Sistine ilə podkast aparır. Deyəsən, atasının yolu ilə getməyə qərar verib. O, "hazırda ilk bədii filmi üzərində işləyir" model və aktrisadır.
Ən kiçik Skarlet bu yaxınlarda valideynlərinin yuvasını tərk edib. 20 yaşlı Skarlet uşaqlıqdan aktrisa olmaq istəyirdi. O, Stallonenin yeni "King of Tulsa" serialında çəkilib.