Məşhur amerikalı könüllü Pit Rid Ukraynanın ağır döyüşlərin getdiyi Baxmut şəhərində (Donetsk vilayəti) ölüb. Ruslar onu cümə axşamı dinc əhaliyə yardım edərkən öldürüblər. 
Məlumatı “Unian” yayıb. 
Pit Rid uzun müddət Global Response Medicine adlı könüllü humanitar yardım qrupuna rəhbərlik edib. 
Onun cəmi 33 yaşı var idi, əvvəllər ABŞ ordusunda dəniz piyadası kimi xidmət keçib. 
Pit Ridin könüllü kimi İraqda da fəaliyyət göstərmişdi. O, İraqda Mosul döyüşü zamanı 10.000-dən çox yaralıya tibbi yardım göstərib.