Dünya miqyaslı mədəniyyət tarixinə Ermənistandan böyük zərbə
6-11-2020, 15:26
170

Dünya miqyaslı mədəniyyət tarixinə Ermənistandan böyük zərbə

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni və təbii irsin vəziyyəti ilə bağlı bəyanat yayıb.
Yenisabah.az-ın məlumatına görə, bəyanatda deyilir:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Dağlıq Qarabağ ərazisində və onun ətraf rayonlarında yerləşən, yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına məxsus olan tarixi abidələrin vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edir.
İşğalçı qüvvələr əcdadlarımızın yaratdığı qiymətli memarlıq nümunələrini dağıtmış, bununla da dünya miqyaslı mədəniyyət tarixinə böyük ziyan vurmuşdur.
Maddi-mənəvi dəyərlərin məqsədyönlü şəkildə məhv və talan edilməsi, mənimsənilməsi, tarixin saxtalaşdırılması təcavüzkar siyasətin əyani sübutudur. Qədim Alban xristian kilsələrinin saxta yollarla “erməniləşdirilməsi” və qədim müsəlman dini abidələrinin təhqir olunması, zəngin fauna və flora mənbəyi olan meşələrin yandırılaraq məhv edilməsi, qlobal ekoloji tarazlığın kobud şəkildə pozulması Ermənistan işğalçılığının insanlığa yaraşmayan nəticəsidir.
Minilliklərin sınağından keçmiş, bir çox müharibələrin, təbiət hadisələrinin şahidi olmuş bu abidələr canlı bir varlıq kimi bəşəri-mədəni irsin dəyərli nümunələri sırasında özünü qoruya bilmişdir. Ancaq XXI əsrdəki təcavüzlər, həmin minilliklərin belə toxunmadığı abidələri yerlə yeksan etmiş, Böyük İpək yolununun keçdiyi bu ərazilərdəki karvansaraları, unikal arxitekturalara malik qədim məscidləri, mədrəsələri, körpüləri dağıntılara məruz qoymuşdur.
Zəbt edilmiş ərazilərdəki çoxəsrlik sənət nümunələrinə qarşı belə bir qəddar münasibət beynəlxalq hüquq normalarına və beynəxalq konvensiyalara tamamilə ziddir. Bu sənədlərə əsasən, işğalçı ölkə Azərbaycan ərazilərdə törədilən vandalizm aktlarına görə birbaşa hüquqi məsuliyyət daşıyır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəşəri mahiyyətli tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti buna laqeyd qalmamağa, öz etiraz səslərini ucaltmağa çağırır.
Tarixi mirasın məhv edilməsi bəşəriyyəti əsrlər boyu mövcud olmuş qiymətli sərvətlərdən məhrum edir. Biz bütün beynəlxalq təşkilatlara müraciət edərək, onları beynəlxalq hüquq çərçivəsində Ermənistan tərəfinin məsuliyyətə cəlb olunması yönündə səylərini birləşdirib, təcili tədbirlər görməyə səsləyirik.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu istiqamətdə bütün əməkdaşlıqlara hazırdır.

Oxşar xəbərlər

Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Baş Prokurorluq Gəncə terroru barədə 6 dildə videoçarx hazırlayıb
Nazirlik düşmənin ekoloji terroru ilə bağlı hərəkətə keçdi
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir
Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib
Ermənistan Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir
"Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib" - Prezidentin köməkçisi
Məscidlərdə donuz saxlanılması faktı beynəlxalq mediada
"İşğal olunmuş ərazilərdə ağır ekoloji cinayətlərə son qoyulmalıdır"
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Ermənilər Şuşa meşələrini yandırır
Qədim məbəd dövlət nəzarətinə götürüldü
Kəlbəcərdə yerləşən Qırmızı monastır məhv olmaq üzrədir
İcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı
Şeyxülislam II Qareginin cavabını verdi
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
DTX nazir müavinini belə tutdu - VİDEO
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
"McDonalds"ın arxasındakı qurumdan AÇIQLAMA
“Bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq” - YOXSA...
Xocavənd rayonunun işğalından 27 il ötür